Dərman preparatları, mobil telefonlar və kosmetik vasitələr aşkar edilib -

Dərman preparatları, mobil telefonlar və kosmetik vasitələr aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.


Baxış zamanı avtomobilin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən 6 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, 5 ampul, 2 flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !