Olimpiya çempionu millimizin baş məşqçisi olub - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Olimpiya çempionu millimizin baş məşqçisi olub -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) növbəti iclası olub. AGF-dən aldığımız məlumata görə, qurumun prezidenti Namiq Əliyevin iştirakı ilə keçirilən iclasın gündəliyində duran əsas məsələrdən biri yığma komandalara baş məşqçilərin təyin edilməsi olub. Sidney Olimpiadasının qalibi adını daşıyan Namiq Abdullayev sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi təyin edilib. Ona Zəlimxan Hüseynov böyük məşqçi, qardaşı Arif Abdullayev isə məşqçi kimi yardımçı olacaq. Yeni məşqçilər korpusunun qarşısına əsas vəzifə olaraq, bu ilin dekabrənda Serbiyanın paytaxtı Belqradda Azərbaycan da daxil olmaqla, planetin 10 ən güclü komandasının iştirakı ilə keçiriləcək turnirə ciddi hazırlaşmaq tapşırılıb. Bundan başqa yığmanə qarşıda Olimpiya təsnifatlı turnirlərin və eləcə də başqa nəsul yarışların olduğu məşqçilər korpusunun nəzərinə çatdırılıb.
Elə həmin iclasda ölkəmizdə yeni yaranan çimərlik güləşi üzrə komandaya da baş məşqçi təyin edilib. Bu post isə dünya çempionu Oyan Nəzrianiyə tapşırılıb.
Təyinatlardan sonra AGF-nin prezidenti iclasda bir sıra məsələlərlə bağlı fikirlər söyləyib: "Pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakıyla bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox vaxt deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması xoşumuza gəlir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin, çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Bildiyiniz kimi, güləşin bu növü yeniyetmələrin Olimpiadasının proqramına salınıb. Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram".
Daha sonra isə həm Namiq Abdullayev, həm də Oyan Nəzəriain yeni təyinatları ilə bağlı açıqlama verib. Olimpiya çempionu Namiq Abdullayev belə deyib: "Mənə etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. Karyeramı bitirəndən sonra da federasiyadan ayrılmamışam. Bildiyiniz kimi, 2009-cu ildən AGF-də yeniyetmələr üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2007-ci ildən Azərbaycan güləşində nəticələr əvvəlki illərlə müqayisə edilməyəcək qədər yaxşılaşıb. Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da bunu göstərir. Ölkə başçısı İlham Əliyevin və federasiya rəhbərliyinin diqqət və qayğısını daim idmançılar hiss edib. Digər məşqçilərlə birgə əlimizdən gələni edəcəyik ki, ümidlərinizi doğruldaq".
Oyan Nəzəriani isə bunları deyib: "Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Bu zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun".
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !