Könüllü gənclər arasında dizayn layihəsi keçirilir - - FOTO

Könüllü gənclər arasında dizayn layihəsi keçirilir - FOTO

Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş “Region Könüllülərin Dizayn Sammiti” layihəsinin 18 sentyabrda İsmayıllı rayonunda onlayn olaraq zoom üzərindən rəsmi açılış mərasimi keçirilib.



Azfood xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə edilib. Layihə rəhbəri olaraq, Pünhan Səlimli regionumuz və gənclərimiz üçün önəmli bir layihə olduğu üçün bu təşəbbüs ilə Azərbaycan Gənclər Fonduna müraciətindən söz açdı. Sonda isə region gənclərinə bu diqqəti ayırdığına görə Fonda öz təşəkkürünü çatdırdı.



Daha sonra isə layihənin donor təşkilatı, Azərbaycan Gənclər Fondunun əməkdaşı, Emil bəy iştirakçıları layihədə görməkdən şad olduğunu qeyd etərək nitqinə davam etdi. Fond olaraq hər zaman gənclərin kreativ, məqsədyönümlü, inkişafa söykənən layihələrin dəstəklənməsində maraqlı olduğunu bildirdi. İştirakçılarında bu tip layihələri olduğu halda fonda müraciət etməyi diqqətə çatdırdı.
 


Region gənclərinin inkişafı ilk öncə məktəbdən başlayadığını qeyd edən, İsmayıllı Təhsil şöbəsinin müdiri, cənab Rövşən Əliyev rayon gənclərinin uğurlarından geniş söz açaraq uğurlarından danışdı İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Taleh Salehov isə öz sözləri ilə iştirakçılara uğurlar dilədi. Bundan sonra iştirakçıların təşəbbüsləri dinlənilərək müəyyən təkliflər əldə olundu.
 


Layihə dizayn proqramları (Photoshop, illustrator, Premier və s) ilə bağlı praktiki təlimlər təşkil ediləcəkdir. Layihənin təlim və praktiki mərhələsini uğurla yekunlaşdıracaq iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikat və dəyərli hədiyyələr ilə mükafatlandırılacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !