Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub -

Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov müxtəlif ölkələrdən olan aparıcı ekspert – alim həmkarları ilə müştərək axtarışların nəticələrinə həsr olunan məqaləsi impakt faktoru 1,516 olan “Inland waters” jurnalında dərc edilib.
Məqalə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-siyasət Platformasının (IPBES) Avropa və Mərkəzi Asiya üzrə regional qiymətləndirilməsi çərçivəsində daxili duz göllərinin ekosistemi və bioloji müxtəlifliyinə həsr edilmişdir. Daxili duzlu göllərin mövcud vəziyyəti və amillərin (iqlim dəyişikliyi, torpaq istifadəsi, çirklənmə, təbii ehtiyatların istismarı və invaziv növlərin) ekosistemə və biomüxtəlifliyə birbaşa təsiri, eləcə də yayılma arealı, yaşayış mühitinin deqradasiya dərəcəsi, nəsli kəsilməkdə olan növlərin növzənginliyi və bolluğu kimi indikatorlar istifadə edilməklə keçmiş, cari və gələcək tendensiyalar təhlil olunmuşdur.
Xatırladaq ki, adıçəkilən jurnal “Web of Science” beynəlxalq elmi bazasına Q2 kvartilinə daxildir və yuxarıda qeyd edilən “Overview of past, current and future ecosystem and biodiversity trends of inland saline lakes of Europe and Central Asia” adlı məqələ jurnalın internet səhifələrində yerləşdirilib.
https://www.tandfonline.com/doi/full/10.1080/20442041.2020.1772034
--
Hörmətlə,
AMEA Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Məhsəti Qurbanova 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !