Bakı Slavyan Universitetinin tələbələri Xəzəri qoruyaq! aksiyasında fəal iştirak ediblər - - FOTO

Bakı Slavyan Universitetinin tələbələri “Xəzəri qoruyaq!” aksiyasında fəal iştirak ediblər - FOTO

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq!” şüarı ilə təmizlik aksiyası keçirib.


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunublar. Aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunub.


Qeyd olunan tədbirdə Bakı Slavyan Universitetinin tələbələri də fəal iştirak ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !