Yük avtomobillərində siqaretlər aşkarlandı - - FOTO

Yük avtomobillərində siqaretlər aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
 


Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
 


Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4600 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
 


Faktlarla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !