Əhməd Qəşəmoğlu təhsil sistemindəndəki çatışmamazlıqlardan danışdı -

Əhməd Qəşəmoğlu təhsil sistemindəndəki çatışmamazlıqlardan danışdı

Son illər hamımız tez-tez eşidirik ki, təhsil sistemində təşkil olunan imtahanlarda məntiq fənnindən olan suallara daha ciddi əhəmiyyət verilir. Bu imtahanlarda yığılan balların ən çoxu bu fənn əsasında müəyyən edilir. Mən əvvəllər bunu normal hesab edirdim. Təbii ki, gənc alimlərin, müəllimlərin məntiqli düşüncə tərzinə çox ehtiyac var. Amma son bir ayda məntiq fənnindən olan suallarla tanışlığım məndə heyrət və çoxlu suallar yaradıb. Münasibətinizi bildirmənizi xahiş edirəm.
Məntiq fənni gözəl fəndir. Aristoteldən üzü bu yana ciddi alimlər hamısı məntiqdən danışır. Hamı məntiqli düşünməyin tərəfdarıdır. Amma bu test imtahanlarındakı sualların ciddi məntiq elminə dəxli yoxdur axı... İmtahan verən baş sındırmalıdır ki, bu misallarda rəqəmlərin hansının hansı hissəsini götürüb onun başına hansı ədabaz oyunları açmalıdır ki, sonunda oradakı qanunauyğunluğu tapa bilsin. Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın.... 50 yaşında müəllimin.... başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir. Bu imtahanlarda məntiqi düşüncəni yoxlamaq üçün tamamilə başqa tipli suallar olmalıdır. Belə hoqqabaz suallar yox. Mən mexanika-riyaziyyat fakultəsini çox yüksək balla bitirmişəm. İndi də tətbiqi riyaziyyat sahəsində ciddi çalışıram. Bu suallarla imtahana hazırlaşmaq xeyli gəncimizdə stress, ruh düşgünlüyü, gərginlik yaradır. Bu tip suallar xeyli istedadlı gəncimizi təhsil almaqdan kənarda qoya bilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !