Mübariz qadın... - -Yusif Nəzərli xatırladır

Mübariz qadın... -Yusif Nəzərli xatırladır

Mübariz qadın...
Üzeyir bəyin xanımı xəstəliklərlə mücadilə apara-apara qadınların təhsil almasına çalışırdı
Məleykə xanım Hacıbəyovanın məktəb komissiyasının sədrinə yazdığı 25 sentyabr 1912-ci il tarixli ərizəsində qeyd edilir: ”Artıq bir ildir ki, mən qadın xəstəliyindən əziyyət çəkirəm və bu müddət ərzində buradakı həkimlərin - şəhər doğum evinin direktoru Şahnazarova və Radionovanın yanında müalicə olunuram. Həmin həkimlər buradakı müalicə şəraitini kifayət hesab etməyərək mənə palçıq vannalarının qəbul edilməsini məsləhət görmüşdülər və mən onların məsləhəti ilə tətildə Jeleznovodska getdim. Mən, Jeleznovodskdakı həkimlərin məsləhətləri ilə müalicə olunur və palçıq vannaları qəbul edirdim. Müalicədən sonra tədris ilinin əvvəllərində buraya gələrək məktəbdə işimi davam etdirdim. Lakin ilk günlərdən gördüm ki, pedaqoji fəaliyyət məni çox taqətdən salır, əsəblərimi pozur, bu isə mənə çox pis təsir edərək xəstəliyimi ağırlaşdırırdı. Fiziki qüvvəmin tükəndiyini hiss edərək mən məsləhət üçün direktor Şahnazarova müraciət etdim və o, hesab etdi ki, mənim sarsılmış sağlamlığımın bərpası üçün sakitlik və davamlı müalicəyə ehtiyacım vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq mən rus-tatar məktəbindəki xidmətimi dayandıraraq ciddi müalicə götürməli oldum. Şübhəsiz ki, mənim müalicəm baha başa gəlir və yeni qaçılmaz xərclər tələb edir. Maddi vəziyyətim çox ağır olduğuna görə müalicəm üçün şəhər büdcəsindən mənə birdəfəlik yardımın göstərilməsi haqqında məktəb komissiyasına ərizə ilə müraciət etməyinizi sizdən xahiş edirəm. Ümid edirəm ki, məktəb komissiyası mənim şəhərə göstərdiyim xidməti və mənim vəziyyətimi nəzərə alaraq yardım göstərilməsinə etiraz etməyəcəkdir”. Beləliklə, 7-ci (əvvəlki 10-cu) rus-tatar məktəbinin müəlliməsi Məleykə xanım Hacıbəyova 1912-ci il oktyabrın 1-dən etibarən məktəb xidmətini tərk edib.
Foto Azərbaycan Respublikasının Kino-Foto Sənədlər Arxivindəndir
Pedaqoq, maarifçi, musiqişünas Məleykə xanım Həsənağa qızı Hacıbəyova (Terequlova) haqqında maraqlı yazını sherg.az sayıtında və "Şərq" qəzetində oxuya bilərsiniz 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !