"İnanıram ki, "Tofiq Yaqubluya azadlıq!" şüarı bu gün son dəfə səslənəcək" - -Habil İsgəndərov yazır

"İnanıram ki, "Tofiq Yaqubluya azadlıq!" şüarı bu gün son dəfə səslənəcək" -Habil İsgəndərov yazır

Tofiq Yaqublunun apellyasiya şikayətinə ilkin baxış iclasının bu günə təyin edilməsi müsbət xəbərdir, ümidvericidir (İclas şikayət daxil olduqdan 15-30 gün müddətinə təyin edilə bilər). T.Yaqublunun azad olunması çağırışlarının gerçəkləşməsi üçün qanuni əsas bu gün yaranır. (İstək, arzu ayrı, hüquqi imkan (qanuni əsas) isə ayrı şərtlər tələb edir.)
Apellyasiya Məhkəməsində ilkin baxış iclasının həll etdiyi məsələlərdən biri də "cinayət işi üzrə qətmkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi"dir.
Səlahiyyətli şəxslərin təqsiri (qəsdən və ya bilməyərəkdən - fərq etməz) üzündən T.Yaqublunun həbsi "cinayət işi çərçivəsindən" tam çıxarıldı, daha çox sosial-siyasi fenomenə çevrildi. Bu, birmənalı olaraq hakimiyyətin (birinci şəxsin) ziyanınadır. Hətta, aşağıların təqsirli hərəkəti birbaşa YUXARIları bu məsələdə məsuliyyətli etmişdir. Dəfələrlə olub ki, hakimiyyətin bu və ya digər qollarında işləyənlər (işləməyənlər də oxumaq olar) birbaşa prezidenti pis vəziyyətdə qoyublar. Xırda insidentlərin, ayrı-ayrı şəxlərlə bağlı cinayət işlərinin "xüsusi zövqlə" quraşdırılması sonda bütün diqqəti siyasi rəhbərliyin üzərinə yönəldir. Bu, çox zərərli və Prezidentə sərfəli olmayan vəziyyətdir. Mehman Hüseynov məsələsində də məmurların "səhvlərini" son nəticədə Prezident düzəltməli oldu. (Nə vaxta qədər belə olmalıdır?)
Bu gün T.Yaqublu məsələsində dönüş nöqtəsi ola bilər. Qərəzsizliyini sübut etmək üçün hakimiyyətin şansı yaranıb.
Müdafiə tərəfi yalnız 2 əsas vəsatətin üzərində dayanmalıdır:
1) Tam həcmdə məhkəmə istintaqının aparılması ilə apellyasiya baxışı;
2) qətimkan tədbirinin dəyişdirilməsinə dair.
Səlahiyyətlilər hər 2 vəsatəti təmin etməklə "qərəz qılafını" üzərlərindən götürməlidirlər. T.Yaqublu həbsdən buraxılmalı, barəsində qətimkan tədbiri dəyişdirilməli; Apellyasiya baxışı tam həcmdə məhkəmə istintaqı ilə keçirilməsinə qərar verilməlidir.
İnanıram ki, "Tofiq Yaqubluya azadlıq!" şüarı bu gün son dəfə səslənəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !