"Məsələ adda deyil,mahiyyətdədir" - -Orxan Fikrətoğlu yazır

"Məsələ adda deyil,mahiyyətdədir" -Orxan Fikrətoğlu yazır

Mədəniyyət nazirliyi işə “ad verməklə” başladı.Mən də bu ad verməyə bir “ adqoydu” eləyim.
Məsələ adda deyil cənablar,mahiyyətdədir.
Milli mədəniyyət tənəzzüldədir.Və bunun adı nədir?
Kino yoxdur,teatr repertuarı Cabbarlı dövründə qalıb.Bu günün sənət imitasiyası mədəniyyətdə yoxdur.
Senz yoxdur.Ənənə qırılıb,yeni dalğa da zəmin və istedadlı adlar yoxdur deyə formalaşmır.
Mədəniyyət işinin təşkili,milli ideolojunun mədəniyyət taxçasında özünüifadəsi də yenidən qurulmalıdır.
Və nəhayət idarəçi kadrlar,icraçı deyil yaradıcı kadrlar nazirliyə cəlb edilməlidir.
Və istedadlı adamları da prosesə cəlb etmək lazımdır.
Və ən əsası cəmiyyətdə söz sahibi olan,adı ləkələnməmiş bir iki mədəniyyət xadimi ilə də təmas qurmaq lazımdır.Sənətkar adı azı əlli ilə yaranır.Və sənətin yaşı olmur.
Yaşın sənətə dəxli yoxdur.Sənət əbədidir.Sizin,bizim bölgüsü,sadiq tula və ya azad pələng şəkillənməsi də. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !