Masallı RİH başçısı yeni tədris ilinin ilk günü şəhər 1 nömrəli və Dəfinə tam orta məktəblərində - -FOTO=11 (AZpressAZ)Ə.ŞÜKÜROV

Masallı RİH başçısı yeni tədris ilinin ilk günü şəhər 1 nömrəli və “Dəfinə” tam orta məktəblərində -FOTO=11 (AZpressAZ)Ə.ŞÜKÜROV

Sentyabrın 15-də Masallı şəhər 1 nömrəli və “Dəfinə” tam orta məktəbi yeni dövrün yeni dərs ilində öz qapılarını növbəti dəfə şagirdlərin üzünə açdı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Şahin Məmmədov şəhər 1 nömrəli və “Dəfinə” tam orta məktəblərinə gələrək, yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivə səmimi təbriklərini çatdırıb. Rayon rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Masallıda da uğurla icra olunur. Yeni məktəblər tikilir, uşaq bağçaları istifadəyə verilir.
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.
Məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunur.
Qeyd edək ki, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İcra başçısı 1 nömrəli məktəbdə üçüncü «Ç», ikinci «C», birinci «D», ikinci «A», “Dəfinə” məktəbində birinci «A», ikinci «A», üçüncü «B», birinci «B» siniflərində olub, ara məsafəsi saxlamaqla hər bir məktəblinin əllərini dezinfeksiya edib.
Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olmağı tövsiyə edib.
-Məktəb yaxşı vətəndaş tərbiyə etməlidir. Hər bir məktəbli Vətənini sevməli, ölkəmizin, Masallının Milli Qəhrəmanlarını, şəhidlərini, işğal altında olan rayonlarımızı tanımalıdır, — deyə RİH başçısı bildirib.
Xxxxxxxxxxx
Elə həmin gün Masallı Rayon İcra Hakimiyyəti başçısı Ş.Məmmədov şəhər 1 nömrəli uşaq bağçasına, 2 və 3 nömrəli körpələr evi — uçaq bağçalarına gələrək, təlim-tərbiyə işləri ilə tanış olub.
RİH başçısı Şahin Məmmədov kollektivlərlə görüş zamanı bildirib ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Rayon rəhbəri bu sahədə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulayıb. Təhsilin mənbəyi hesab olunan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallıda mühüm addımlar atılmaqdadır. Bu il rayonda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq bu sahədə işlər görülməkdədir.
İcra başçısı ara məsafəsi saxlamaqla hər bir bağça uşağnın əllərini dezinfeksiya edib.
Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizi dəstəkləməklə qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir uşağın təlim — tərbiyəsinə nail olmağı tövsiyə edib.
Şəhər 1 nömrəli uşaq bağçası, 2 və 3 nömrəli körpələr evi — uçaq bağçalarının kollektivləri ölkə və rayon rəhbərinə minnətdarlıqlar bildiriblər.
ƏLİ HÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !