Milli mədəniyyətimizin Üzeyir zirvəsi adlı musiqili-bədii layihəyə start verilib - - VİDEO

“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı musiqili-bədii layihəyə start verilib - VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 18 sentyabr - Milli musiqi günü və görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 135 illiyi münasibəti ilə bədii-musiqili layihəyə start verib.



Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan bədii-musiqili layihədə görkəmli bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu mahnılar, musiqi nömrələri ifa ediləcək.
 


“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı layihədə həftə ərzində pantomim səhnəcik, video çarx, rəqs nömrələri də təqdim ediləcək. Musiqili-bədii layihə Tədris-teleradio studiyası (BDU TV) ilə birlikdə hazırlanır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !