ASAN könüllüləri Milli Musiqi Gününü qeyd ediblər - (VİDEO-FOTO)

ASAN könüllüləri Milli Musiqi Gününü qeyd ediblər (VİDEO-FOTO)

18 sentyabr 2020-ci il tarixində Şamaxı regional “ASAN xidmət” mərkəzində “Əbədi nəğmələr” adlı konsert proqramı təşkil olunub.

 

Daha bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə və Milli Musiqi Gününə həsr olunan tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub.

 

Pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə uyğun olaraq reallaşdırılan konsertdə Təşkilatın musiqi qrupu tərəfindən "O olmasın, bu olsun" və "Arşın mal alan" operettalarından parçalar və xalq mahnıları ifa olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !