Beynəlxalq Muğam Mərkəzi Musiqi günündə onlayn konsertlər təqdim edəcək... -

Beynəlxalq Muğam Mərkəzi Musiqi günündə onlayn konsertlər təqdim edəcək...

18 sentyabr Musiqi günü ilə əlaqədar BMM-nin “Muğam axşamları” layihəsi gün ərzində 12:00, 15:00 və 17:00-da İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində , XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisindən onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə izləmək mümkündür.

Proqramda BMM-nin solistləri , Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli , Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !