Nizami Muzeyi Elmi Şurasının sentyabr iclası keçirilib - -Rafael Hüseynov (FOTO=21)

Nizami Muzeyi Elmi Şurasının sentyabr iclası keçirilib -Rafael Hüseynov (FOTO=21)

Sentyabr ayının 17-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Elmi Şurasının növbəti iclası keçirildi.
Elmi Şura üzvlərinin 10 nəfəri muzeyin iclas zalında toplansa da, digər üzvlər toplantıya videokonfrans xətti ilə qatılmışdılar.
Elmi Şura iclasının gündəliyindəki ilk məsələ Nizami muzeyinin 80 illiyi il' bağlı görülən işlər haqqında hesabat və qarşıda duran vəzifələrin müzakirəsi idi.
Muzeyin direktoru, elmi şuranın sədri akademik Rafael Hüseynov bildirdi ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun olaraq uğurla həyata keçirilir. Yubliley münasibətilə planlaşdlrılmış nəşrlər işıq üzü görmüş, muzeyin 80 ildə keçdiyi yolu əks etdirən 2 seriyalı tammetrajlı sənədli publisistik fiilm çəkilərək montajı da tamamlanmışdır. Yubiley ərəfəsində nümayiş etdiriləcək "Nizaminin salamı" və "Yaddaş körpüsü" adlı filmlər Azərbaycan Televiziya və
Radio Verilişləri QSC-də istehsal olunmuşdur. Bundan əlavə muzeyin 80 illiyinə həsr edilən ayrıca plakat da buraxılmışdır.
Bildirildi ki, muzeyin 80 illik yubileyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransa hazırlıq işləri də yüksək səviyyədə aparılır. Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən, həmçinin bir çox xarici ölkələrdən təşkilat komitəsinə xeyli məruzələrin nmətnləri daxil olmuşdur. Lakin hələ ki, ümumi vəziyyətlə əlaqədar konfransın nə şəkildə keçiriləcəyi haqqında qəti qənaət yoxdur. Vəziyyətdən asılı olaraq elmi məclisin əyani, yaxud videokonfrans şəklində keçirilməsi haqqında qərar veriləcək. İstənilən halda isə ilin sonunadək konfransın materialları nəşr ediləcəkdir.
Elmi Şuranın iclasında təşkilati məs'lələrə də baxıldı.
Elmi Şura üzvü, muzeyin bədii tərtibat və bərpa şöbəsinin vəfat etmiş müdiri, respublikanın əməkdar rəssamı Stanislav Şatikovun xatirəsi ehtiramla anıldı.
Muzeyin əməkdaşı, əməkdar rəssam Elçin Axundov Elmi Şuraya üzv qəbul edildi.
Elmi Şura üzvləri çapa hazırlanan və muzeyin əsas elmi nəşri olan "Risalə" araşdırmalar jurnalının 19-cu sayının məqalə tərkibi ilə əlaqədar rəy və təkliflərini söylədilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !