Risalə Elmi araşdırmalar jurnalının yeni sayının təqdimatı keçirilib - -Rafael Hüseynov (FOTO=30)

“Risalə” Elmi araşdırmalar jurnalının yeni sayının təqdimatı keçirilib -Rafael Hüseynov (FOTO=30)

Sentyabrın 17-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalnın növbəti - 18-ci sayının təqdimatı keçirildi.
Pandemiya qaydalarına uyğun təşkil olunmuş tədbiri giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov bildirdi ki, jurnalın yeni nömrəsi məzmun etibarilə klassik və müasir dünya, o cümlədən, Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, folklorşünaslıq, mətnşünaslıq sahəsindəki araşdırmaları, həmçinin muzeyşünaslıq elminin problemlərini işıqlandıran məqalələri əhatə edib. Jurnalın budəfəki nömrəsi “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi və mədəni abidələrin qorunması və tədqiqi”, Muzeyşünaslıq” bölmələrindən ibarətdir. Akademik onu da qeyd etdi ki, ədəbiyyatın müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı jurnalda muzey əməkdaşlarının, gənc alim və tədqiqatçıların əsərləri elmi ictimaiyyətə təqdim olunur. Jurnalda işıq üzü görən məqalələrin müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var.
Tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrəsi paylandı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !