Tiaqo "Bavariya" ilə vidalaşıb - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Tiaqo "Bavariya" ilə vidalaşıb -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

"Bavariya" (Münhen, Almaniya) klubunun ispaniyalı yarımmüdafiəçisi Tiaqo Alkantara yeni iş yeri tapib. Belə ki, "Barselona"ya məxsus olduğu halda uzun illər "Bavariya"da icarədə olan Tiaqo bundan sonrakı karyerasını İngiltərə Premyerasında davam etdirəcək. Çünki, o "Liverpul"la anlaşıb. Bu arada Tiaqo "Bavariya"dan ayrılmağın onun üçün çox çətin olduğunu bəyan edib. "Bəli, "Bavariya"dan ayrılmaq haqda verdiyim qərar karyeramın ən çətin qərarı oldu. Mən karyeramı bu möcüzəli klubda başa vurmaq istəyirdim. Demək olar ki, mən son 7 ildə məhz bu klubda böyüdüm və inkişaf etdim. Bu illər ərzində çoxlu qələbələr, uğurlar, sevincli anlar və hərdən də adi vaxtlar keçirmişəm. Ən çox ona görə qürrələnirəm ki, mən gənc yaşlarımdan Münhenə gəlmişəm və burada bütün arzularım reallaşıb. Mən və mənim ailəm bu şəhərdə, bizim sevimli "Alyants-Arena"da fantastik bir həyat yaşayıb. Etiraf edim ki, "Bavariya" ailəsi mənə qarşı yaxşı münasibətdə olub, hər saniyədə belə mənə olan məhəbbəti və qayğını hiss etmişəm. Mənim qəbul etmək məcburiyyətində qaldığım bu qərar isə peşəkar idmanda olmağımla bağlıdır. Bir futbolçu olaraq, inkişaf etmək və "Bavariya"da etdiklərimi təkrar etmək üçün mənə yeni çağırışlar, dəvətlər lazımdır. Onu da deyə bilərəm ki, "Bavariya" həmişəlik olaraq, özümü öz evimdə his etdiyim bir yer kimi mənim yaddaşımda qalacaq. Mən "Bavariya"ya əbədi olaraq, minnətdaram!" - ispaniyalı futbolçu belə deyib.
Bu arada məlum olub ki, "Liverpul" Tiaqonun transferi üçün 20+5 milyon funt ödəyib və futbolçu ilə 4 illik müqavilə bağlayıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !