Türkmənistan rus məktəblərini bağladı - – Moskvaya MESAJ : Bu hələ son deyil!

“Türkmənistan rus məktəblərini bağladı” – Moskvaya MESAJ : “Bu hələ son deyil!”

 

“Türkmənistanda baş verən olaylar digər Mərkəzi Asiya ölkələrində də təkrarlana bilər”

“Rusiyanın Mərkəzi Asiyadakı mövqeləri zəifləyir”

“Halbuki, onun ən güclü mövqeləri məhz həmin ərazidə idi”

 


“Türkmənistan ölkədəki rus məktəblərini bağladı. Rusiya tərəfi isə dərhal reaksiya verdi. Bu çox vacib mesajdır. Bəlkə də Türkiyə …”
Siyasi analitik Rusif Məmmədsoyun “Facebok” hesabında yazdığı bu fikirlər maraqla qarşılanıb. Türkiyə nəyə hazırlaşır? Davam edən mürəkkəb vəziyyət nə ilə nəticələnəcək?

R.Məmmədsoy açıqlamasında bildirib ki, baş verən hadisələr Kremlin zəiflədiyini göstərir:

“Türkmənistanda rus məktəblərinin bağlanması Moskvaya ciddi mesaj idi. Əlbəttə, Rusiya Türkmənistana nota göndərib, narazılığını bildirdi. Lakin belə bir addımın atılması onu deməyə əsas verir ki, Rusiyanın Mərkəzi Asiyadakı mövqeləri zəifləyir.Halbuki onun ən güclü mövqeləri məhz həmin ərazidə idi. Fikrimcə, bu, son deyil. Türkmənistanda baş verən olaylar digər Mərkəzi Asiya ölkələrində də təkrarlana bilər”.

Analitik yaxın gələcəkdə böyük Turan dövlətinin yaradılmasını da istisna etmir:

““Rusiya mövqelərini itirir” demək istəməzdim. Bu, çox radikal olar. Amma zəiflədiyi aydındır. Türkiyənin məşhur politoloqlarından biri bu yaxınlarda çıxış edərək söyləmişdi ki, oktyabrda böyük Turan dövləti yaradıla bilər. Fikirlərinin sadəcə təxmin olduğu şübhəsizdir. Lakin reallaşa bilər. Həmin ekspertin də vurğuladığı kimi, bu istiqamətdə illərdir ciddi işlər görülüb”.

“Sherg.az”

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !