Baş İdarə Milli Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edir - - VİDEO

Baş İdarə Milli Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edir - VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində olan Bakı Kamera Orkestri, Bakı Uşaq və Gənclər Teatrının iştirakı ilə bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən unudulmaz şəxsiyyət – dahi Üzeyir bəy Hacıbəylinin doğum günü qeyd edilən Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx təqdim edir. Videoçarx “Light in Black” şirkəti tərəfindən çəkilib.


Dahi bəstəkarın “Arazbarı” əsərinin sədaları altında xalqımızı bu bayram münasibəti ilə təbrik edirik.
Üzeyir Hacıbəyli yaradıcılığına xas, folklorumuzdan irəli gələn nikbinlik, ruh yüksəkliyi ilə dolu musiqi isə qəlblərə inam gətirir və klip bəstəkarın ucsuz-bucaqsız səmaya, Tanrıya yönələn baxışları, ahəstə, eyni zamanda torpaqdan güc alan addımları ilə bitir.


Qısa zamana sığan, rəmzlərlə dolu videoçarx isə milli mədəni irsimizin bir hissəsi olan musiqimizin ölməz klassikinin ruhuna ehtiramımızın ifadəsidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !