Səyyar ASAN xidmət davam edir -

Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmət 21 sentyabr – 1 oktyabr Neftçala və Samuxda,   21 sentyabr – 2 oktyabr Maştağa, Mehdiabad və Şəmkirin Dəllər qəsəbələrində,  həmçinin Şabran, Cəlilabad, Yevlax, İsmayıllı, Zaqatala, Füzulidə vətəndaşlara səyyar formada xidmət göstərəcək.



Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.



    Bu xidmətlərə aşağıdakılar daxildir:
    - Notariat fəaliyyəti;
    - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
    - Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
    - Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
    - Sürücülük vəsiqələrinin dəyişdirilməsi; (Bakı və Sumqayıt Səyyar ASAN xidmət avtobusları)
    - Əmək pensiyalarının təyin edilməsi;
    - Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
    -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
    - Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
    - Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
    - Tərcümə xidməti (Səyyar ASAN Qatar, İmişli, Şəki səyyar ASAN xidmət avtobusları)
    - Tibb xidməti;



Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !