Cüdoçuların Avropa Çempionatının vaxtı yenə də dəyişib - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Cüdoçuların Avropa Çempionatının vaxtı yenə də dəyişib -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Kişi və qadınlar arasında cüdo üzrə keçirilməsi planlaşdırılan Olimpiya təsnifatlı Avropa Çempionatının vaxtı dünyanı ağuşuna alan koronavirus pandemiyası üzündən yenə də dəyişdirilib. Xatırladaq ki, sözügedən çempionat son dəyişikliyə görə 8-10 noyabr günlərində Çexiyanın paytaxtı Praqada təşkil edilməliydi. Lakin Avropada pandemiyanın ikinci dalğasından ehtiyat edən Avropa Cüdo Federasiyası bəlli yarışın vaxtını yenidən dəyişib. Əgər yaxın gələcəkdə vəziyyət pisliyə doğru dəyişməsə, onda haqqında bəhs etdiyimiz yarış 19-21 noyabr aralığında elə həmin məkanda reallaşa bilər. Bu arada məlum olub ki, İJF -də (Beynəlxalq Cüdo Federasiyası) təqvim üzrə nəzərdə tutulan yarışların vaxtının dəyişdirilməsi ilə bağlı işlər aparır. Bütün bunlar haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.
İNTİQAM Məmmədov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !