Yeni körpünün aşırım tirlərinin montajına başlanılıb - -FOTO=15

Yeni körpünün aşırım tirlərinin montajına başlanılıb -FOTO=15

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb. Bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.
Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.
Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
YOLUNUZ AÇIQ OLSUN...                                                                                                                Hörmətlə,
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Anar Nəcəfli

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !