Azərbaycan İstiqlal Muzeyi - -FOTO=10

Azərbaycan İstiqlal Muzeyi -FOTO=10

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 11 avqust 2020 – ci il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 18 sentyabr 2020 – ci ildə Zoom internet proqramı üzərindən online tədbir – sərgi keçirildi.
Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.
Tədbiri çıxış sözü ilə Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli İkinci Dünya müharibəsində Azərbaycanın rolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra Fransada yaşayan əslən azərbaycanlı yazıçı, tərcüməçi Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir Ömür İki Tale” kitabının müəllifi Şahin Sinaria tədbirdə çıxış edərək kitab haqqında online tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirə Şəki şəhərindən qoşulmuş qəhrəmanın oğlu Cavanşir Cəbrayılov atasının döyüş yolu, həyatı və fəaliyyəti haqqında xatirələrini bölüşdü.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibəti ilə 7-17 yaşlı məktəblilər üçün elan olunmuş rəsm müsabiqəsinin qalibləri 1 – ci yer Qasımov Əli, 2- ci yerin qalibi Eyvazova Xumar, 3- cü yerin qalibi Məmmədova Nihad elan olundu. .
Sonda tamaşaçılar online sərgidə Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyətini əks etdirən “Əfsanəvi Partizan” adlı sərgi ilə tanış oldular.
Online tədbir – sərgidə UAFA Azərbaycanın üzvləri, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları, Xətai rayonu 265 nömrəli tam orta məktəbin, Tovuz rayonu Nəsrəddin Tusi adına tam orta məktəbin, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri, müəllimləri və doun sindromlu gənclər iştirak etdilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !