Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb -

Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb

VTB (Azərbaycan) AR İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə imzaladığı  razılaşmaya əsasən biznes üçün güzəştli kreditləşməyə başlayır. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün illik 5% ilə sərfəli şərtlərlə kredit əldə edə biləcəklər. Kreditin maksimal məbləği 10 mln manat təşkil edir. Kredit müddəti 10 ilədəkdir.


 
Bundan başqa, müştərilərə güzəştli müddətdən istifadə etmək imkanı verilir ki, bu dövr ərzində sahibkarlar təkcə kredit üzrə faizləri ödəyirlər.



“VTB (Azərbaycan)-ın Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı stratejidir və bankın uzunmüddətli inkişaf planlarına tamamilə uyğundur. Bu, sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarını genişləndirməyə və onlara bankla tərəfdaşlıq çərçivəsində biznes layihələrini reallaşdırmağa imkan verəcək”, - deyə bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.


 
 Xatırladaq ki, COVID-19 pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları çərçivəsində də bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. Bu proqramlar üzrə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !