Çinli virusoloqdan şok açıqlama: - "Virusu biz hazırladıq" (VİDEO)

Çinli virusoloqdan şok açıqlama: "Virusu biz hazırladıq" (VİDEO)

Çinli virusoloqdan şok açıqlama:"VİRUSU BİZ HAZIRLADIQ"
Çindən ABŞ-a qaçan virusoloq-həkim Li Meng Yan "Fox News" televiziyasının ekranından dünyanı silkələyən bir etirafı dilə gətirib. O, koronavirusun təbii deyil, insan əməyinin məhsulu olduğunu isbat edən hesabatını tezliklə təqdim edəcəyini açıqlayıb.
Li Meng Yan həmçinin bildirib ki, o bu virusu araşdıran ilk elm adamlarındandır və pandemiya olacağını bütün dünyaya xəbər vermək üçün Çindən qaçıb. Virusoloq-həkim bu virusun Çin hərbi qüvvələri tərəfindən xüsusi laboratoriyada yaradıldığını bəyan edib.
Doktor Yan qeyd edib ki, digər çinli doktor Ai Fenin öldürülərək susdurulması və bütün dünyanın zamanında bu virusun kütləvi yayılmasının qarşısını almaması həyatı iflic etdi. Beləliklə, Çinin virus barədə informasiyanı gizlətməsi 180 ölkədə 28 milyon insanın yoluxması və minlərlə insanı həyatını itirməsi ilə nəticələndi.
Müşahidəçilərin fikrincə, Çinin xüsusi cəsusları bu virusoloq xanımın fiziki cəhətdən məhv edilib aradan götürülməsi üçün hər cür vasitələrə əl atacaqlar.
"Fox News"un bu virusoloqla olan yayımı bütün dünyada böyük marağa səbəb olub. Həmin söhbəti rəydəki linkdən izləyə bilərsiniz
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !