Birincilər ilk dərs günündə - -FOTO=9(AZpressAZ) Mais.İbrahimov Ağcabədi

Birincilər ilk dərs günündə -FOTO=9(AZpressAZ) Mais.İbrahimov Ağcabədi

Bu gün “Bilik Günü”dür. Hər il təmtəraqlı şəkildə qeyd olunsa da, bu il pandemiya şəraiti ilə əlaqədar olaraq nə “İlk zəng” çalındı, nə də əllərində gül dəstələri ilə müəllimlərin görüşünə tələsildi. Məktəb binasına daxil olan şagirdlərin hər birinin hərarəti ölçüldü. Təhsil ocaqlarında ilk dərslər I- IV siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusuna həsr olundu.
AZpress.AZ- ın müxbiri müxbirilə müsahibəsində Ağcabədi rayon M.F. Axundov adına 3 saylı məktəb- liseyin direktoru Mətanət Quliyeva bildirib ki: “Bu il məktəbimizdə 115 şagird təhsil alacaq ki, onlara beş sinif müəllimi dərs keçəcək. Pandemiya olmasına baxmayaraq bu gün onlar yeni bir həyata qədəm qoyurlar. Bu tədris ili koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən ənənəvi qaydada dərsə gedəcəklər, qalan günlər onlayn şəkildə dərslərə qoşulacaqlar. Həmçinin siniflər növbəli şəkildə iki qrupa bölünüb. Məktəblərdə dezinfeksiya aparatları quraşdırılıb, ara məsafəsi saxlanır və məktəbə daxil olan şagirdlərin hərarəti ölçülür.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) formada keçiriləcək. Həmçinin V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib.
“Bilik Gününüz” Mübarək, əziz birincilər! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !