Gülağa Tənha - - "Payız yağışı" klipi

Gülağa Tənha - "Payız yağışı" klipi

 Gülağa Tənha " PAYIZ YAĞIŞI "

 

 

Bu payız yağışı durmadan yağır,
Ötən illərimi andırmaq üçün.
Sevdalı günləri yadıma salır,
Qəlbimi yenidən yandırmaq üçün.
Bir dünya sevgimiz yeləmi döndü,
Bizi ayrı salan vaxta nə deyim.
Eşqin gur ocağı qaralıb söndü,
Taleyə nə deyim, baxta nə deyim?
Alın yazımızı Tanrıdı yazan,
Dünya bir kimsəni vecinə almır.
Həsrətə dözməyi kim sanır asan,
Ha yalvar, ürəkdə təpər də qalmır.
Bu payız yağışı yağır ömrümə,
Bir də o günlərə qayıtmarıq biz.
Bir sevgi həsrəti yağır qəlbimə,
Hicran ağrısını unutmarıq biz.

 

 

Havanın temperaturu aşağı düşməsi payızın gəlişindən xəbər verir. Təbiətdə hər şey bir birinə o qədər bağlı və əlaqəlidir ki, özü özülüyündə hər şeyi tənzimləyir, balanslaşdırır və yenidən bərpaya köklənir. Cahanda görünən nə varsa insan üçün örnək və işarədir, yetər ki, insanlar bu ahəngi tutub, duya bilsin. Düşüncə sahibləri bu gözəllikləri onsuz da dərk edirlər...

 

Payızın gəlişi münasibətilə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın “Payız yağışı” şeirinə Azərbaycanın xalq artisti Aygün Səmədzadənin bəstələdiyi mahnını təqdim edirik. İfa edir: Elton İbrahimov

 

 

Hazırladı: Ağa Mühəmməd Aman

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !