Qanunsuz ov edən şəxslər cəzalandırılıb -

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.



O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.


“Faktla bağlı  qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !