Nevroz insanların nəzərinə: Bu qidaları qəbul edin və effektini görün ! - - Həkim məsləhəti

Nevroz insanların nəzərinə: “Bu qidaları qəbul edin və effektini görün ! - Həkim məsləhəti

“İtburnu, kivi, qara qarağat, kələm turşusu, qırmızı bibər, sitrus meyvələri C vitamini ilə zəngindir”
İndiki məqamda ən geniş yayılmış xəstəliklərdən biri nevroz sayılır. Ətraf mühitdə baş verənlər insanın psixikasında güzgü kimi əks olunur. Müsbət hadisələr müsbət emosiyalar yaradırsa, mənfi hadisələr stress, aqressiya və nevroz əmələ gətirir. Araşdırmaçı alimlər və psixoloqların fikrincə, insan özündə toplanan mənfi enerjini uzaqlaşdıra bilmədiyi üçün bir sıra ciddi problemlər yaşaya bilir. Psixoloji gərginliklər, gündəlik həyatda yaşanan problemlər nevroza yol açan ciddi nüanslardır.
Mütəxxəsislər nevroz insanların qida rasionuna fikir verməli olduğunu bildirirlər. Qida orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər. Nevroz zamanı bəzi qidaların qəbulu insanın vəziyyətinə müsbət təsir edə bilir.

"AZpress.AZ xəbər verir ki, Nevroloq-həkim Günel Ümid “Sherg.az”a açıqlamasında bildirib ki, nevrozun səbəblərindən biri orqanizmdə “xoşbəxtlik hormonu” sayılan serotoninin aşağı səviyyədə olmasıdır. G.Ümid qeyd edib ki, fol turşusu, yəni B9 vitamini serotoninin ifrazını artırır:

“Fol turşusunun ən yaxşı mənbələri-banan, kahı, ispanaq, kələmin bütün növləri, qulançar, lobya, sitrus meyvələri, mal qaraciyəridir.
B6 vitamini də serotoninin ifrazını artırır.

Dəniz balığı, günəbaxan tumları, fındıq, toyuq əti, mərci, bitki yağları B6 vitamini ilə zəngindir.
C vitamininin defisiti də nevrozun inkişafına təkan verə bilər.

Ona görə də nevroz insanların C vitamini ilə zəngin olan qidaları qəbul etməsi məsləhət görülür. İtburnu, kivi, qara qarağat, kələm turşusu, qırmızı bibər, sitrus meyvələri C vitamini ilə zəngindir”.

Həkimin sözlərinə görə, nevroz təhlükəli xəstəlik olmasa da, insanın həyat keyfiyyətini xeyli azaldır:

“Qadınlar nevrozlara daha çox meyilli olurlar. Bu da onların kişilərlə müqayisədə daha emosional və həssas olmalarından irəli gəlir. Eyni zamanda böyük şəhərlərdə yaşayan insanlarda, kənd yerlərində yaşayan insanlarla müqayisədə nevroza tez-tez rast gəlinir”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !