Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı açıqlama - -VİDEO

Təhsil Nazirliyindən himn zamanı huşunu itirən qızla bağlı açıqlama -VİDEO

Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.
Bununla bağlı Nazirlik sorğunu cavablandırıb:
“Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”.
İlhamə Əbülfət

10:22
Dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman bir nəfər huşunu itirib və pilləkənlərdən yıxılıb.
Bu barədə YPX.az-ın qaynar xəttinə videogörüntü göndərilib.
Bildirilib ki, hadisənin harada qeydə alındığı məlum deyil. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !