Space TV-nin şou efirində vəkillər manıslarla birgə başa çatmamış istintaqı müzakirə edirlər - -Habil İsgəndərov yazır (FOTO)

Space TV-nin şou efirində vəkillər manıslarla birgə başa çatmamış istintaqı müzakirə edirlər -Habil İsgəndərov yazır (FOTO)

Bu mövzunu ciddi hesab edirəm, ona görə həmkarlarımı tağ edirəm. Ad çəkmirəm, ancaq vəkillərin bu tip verilişdə iştirakını düzgün saymıram.
Space TV-nin şou efirində vəkillər manıslarla (ifadəyə görə dostlardan üzrlər) birgə istintaqı başa çatmamış, qanuni qüvvəyə minmiş hökmü olmayan cinayət işlərinin detallarını müzakirə edirlər. Cinayət əməlini kim törədib, müstəntiqin səhvləri nədir, məhkəmə filan xüsusatı nəzərə almayıb, filankəs niyə cəlb edilməyib, bəlkə cinayəti filankəs törədib və s. İstintaqın və məhkəmənin araşdırmalı detalları müğənni Cavanşir Məmmədovla vəkillər müzakirə edirlər.
10 dəq yaxın baxıram, axırı nə olacaq... indicə bıçaqlanan dedikləri canlı efirə qoşulub kimlərisə təhqir edir, vəkillə mübahisə edir...rüsvayçılıqdır, verilişlə cinayət işini həll edirlər.
Vəkil belə verilişlərdə olmamalıdır.
P.S. Əgər bu veriliş sadəcə şoudursa, qurama səhnələrdisə, yenə də vəkillər bu səhnələrdə olmamalıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !