Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb - -FOTO=8

Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb -FOTO=8

"İnnovativ İdeya və Təşəbbüslər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Birləşək və paylaşaq” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində Zaqatala rayonunda əhalinin həssas təbəqəsindən olan insanlarımıza (aztəminatlı ailələrə və tənha yaşlılara, günəmuzd çalışanlara, əliliyi olanlara) ərzaq yardımları və əhalinin koronavirus haqqında məlumatlanmasını təmin edən maarifləndirici bukletlər paylanılıb.
Yardım qutuları Zaqatala rayonunun Muxax, Mamrux, Kəpənəkçi, Yengiyan, Dağlı, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muğanlı, Qımır, Cimcimax, Gözbarax kəndlərində yaşayan 100 ailəyə təqdim edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !