Xeyli miqdarda xarici valyuta aşkarlandı -

Xeyli miqdarda xarici valyuta aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.


Belə ki, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.


Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.


Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.


Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 ABŞ dolları aşkar edilib



Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !