Firuz Mustafa - "Dəniz oğrusu"ndan danışdı

Firuz Mustafa "Dəniz oğrusu"ndan danışdı

DƏNİZ OĞRUSU
Bəlkə də təkrardır...
Vaxtilə bir hekayə yazmışdım. Di gəl ki, əlyazmansını tapa bilmirəm.
Bilmirəm indi neyləyim?
"DƏNİZ OĞRUSU" adlanan həmin hekayənin məzmunu belədir: ata yük maşınında oğlu ilə kənddən şəhərə, yəni Bakıya gəlir.
Onlar Xəzərin sahilinə çatırlar. Ata əlini yana uzadıb deyir ki, oğlum, bax dəniz o tərəfdədir. Hər şeyə maraq göstərən uşaq maşının pəncərəsindən nə qədər boylanırsa dənizi görə bilmir. Səbəb də məlum, çünki dəniz bütün sahil boyu hasara alınıb. Ata-bala xeyli yol gedirlər. Amma dənizi görmək mümkün olmur ki, olmur. Kişi hirslənir:
-Axı əvvəllər bu tərəfdə dəniz vardı. İndi bu zəhrimar niyə yoxa çıxıb? O boyda suyu gizlətmək olar?
Uşaq deyir:
-Bəlkə dənizi oğurlayıblar?
Ata maşını saxlayıb kuzova, yəni bana qalxır. Oradan uzun nərdivanı, yəni laydırı götürüb hündür hasarlardan birinə dirəyir. Və oradan aşağı baxıb uca səslə uşağa deyir ki, yuxarı qalx, gəl buradan dənizə bax.
Oğlan nərdivanla yuxarı dırmaşır. Boynunu uzadıb yaxınlıqdakı dənizə baxmaq istəyir. Bu zaman igid gözətçi və ya qəhrəman polis özünü yetirib “cinayətkarları” yaxalayır. Sən demə, bu hasarın o biri üzü hansısa “bərkgedən kapitalist-oliqarxın” evi imiş.
...və nəhayət məlum olur ki, bu “oğrular” ... "dəniz öğrusu" imiş.
Beləliklə, oğrunca dənizə baxmaq istəyən ata-oğul məhkəməyə verilir.
..və sizcə bu "dəniz oğruları üçün şanlı məhkəmə hansı qərarı çıxarır?..
(Düzü, bilmirəm, bu itmiş hekayəni təzədən yazım, ya yazmayım?))
F.M.
"Əsərləri"n 40-cı cildində ədəbi qeydlər və eskizlərim dərc edilib.
Onlardan birini sizə təqdim edirəmm. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !