Son dövrlər sanki Ordunu gözdən salmaq üçün yarış keçirilir - -Aslan İsmayılov yazır (FOTO=6)

Son dövrlər sanki Ordunu gözdən salmaq üçün yarış keçirilir -Aslan İsmayılov yazır (FOTO=6)

Səhifələrimi izləyənlər bilirlər ki, Ordu ilə bağlı çox az, ancaq dəqiq bildiyim faktlarla bağlı fikir bildirirəm. Yazını paylaşmadan əvvəl də dəfələrlə ölçüb biçirəm, çünki bilirəm ki, istənilən Ordu Dövlətin, Millətin şərəfidir.
Son dövrlər sanki Ordunu gözdən salmaq üçün yarış keçirilir. Yoxlanılmamış, böhtan xarakterli yazılar paylaşılır və heç kim onun fəsadlarını düşünmür. Neçə gündür ki, erməni zabitini girov götürmüş hərbiçilərimizin şəkil, video paylaşdıqlarına görə Ordudan kənarlaşdırılması barədə tənqidi fikir bildirməyi tələb edirlər. Tirajlanan bu xəbər həqiqət olsa belə bunu şişirtməyə, Ordu rəhbərliyini ittiham etməyə əsas görmürdüm, çünki qanunsuzluq açıq-aşkar ortada idi. Kəşfiyyat xarakterli əməliyyatlar məxfi olduğundan onun yayılması qadağandır. Bundan başqa hərbiçilərin smartfon telefonlardan hərbi xidmət zamanı istifadəsinə də qanunla yol verilmir. Buna baxmayaraq neçə gündür ki, bu mövzu sosial şəbəkəni zəbt edib.
Uğursuzluğa düçar olduğumuz Qarabağ müharibəsindən hələ də nəticə çıxarmamışıq və qarşıda müharibə olacağını düşünmədən yenə eyni səhvlərə yol veririk. Yaddan çıxarırıq ki, məhz hərc-mərcliyə, yalançı vətənpərvərliyə, Ordunu siyasətə qatdığımıza görə torpaqlarımızı itirdik.
Baş vermiş hadisədə isə cəzalandırılanlar erməni zabitini girov götürənlər yox, sadəcə telefonlarından istifadə edib "farmazonluq"larına görə şəkil, video paylaşan hərbiçilər olub.
Yeri gəlmişkən bildirim ki, çox ziyanlı olan Türkiyədə və Rusiyada təhsil almış hərbiçilər arasında guya qarşıdurmadan yazmaq, bunu tirajlamaq da bir dəbə çevrilib. Sadəcə bunu edənlərin məqsədlərini anlaya bilmirəm. Bilərəkdən, yaxud bilməyərəkdən edilməsinə baxmayaraq bu cür yazıların yolverilməz olduğunu düşünürəm və bunu Ordumuza, Dövlətimizə düşmənçilik kimi qiymətləndirirəm. İndiki məqamda bizə daxili qütbləşmə deyil Birlik lazımdır! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !