MİNSK Qrupundan yeni impuls,imitasiya - -Asəf Quliyev yazır.. (VİDEO)

MİNSK Qrupundan yeni impuls,imitasiya -Asəf Quliyev yazır.. (VİDEO)

Minsk Qrupunun həmsədrləri yenə məsləhətləşdi və tərəflərə növbəti tövsiyəsini verdi ki, təmasları, danışıqları davam etdirin və heç bir şərt irəli sürmədən davam etdirin.
Sözsüz ki, məntiqsiz çağırışdır. Amma tərəflər, yəni Azərbaycan və Ermənistan bu məntiqsiz çağırışa əməl edəcək. Tovuz döyüşlərinin məntiqi nəticəsi kimi növbəti təmas olmalı idi.
Sözsüz ki, Tovuz döyüşləri də, Minsk Qrupunun son bəyanatı da prosesdə növbəti impulsdur. Və artıq sirr deyil ki, bu impuls Kremldən gəlir. Amma bu impuls nə ilə nəticələnəcək demək çətindir.
Tovuz döyüşləri heç nəyi həll etmədi. Hər şey imitasiya. Yəni Qarabağ probleminin həlli istiqamətində heç nəyi həll etmədi.
Çox güman ki, Minsk Qrupunun son çağırışı da heç nəyi həll etməyəcək. Sadəcə imitasiya.
Heç bir addım atılmayacağı təqdirdə 2021-ci il heç nəyi həll etməyəcək növbəti eskalasiya ilə başlaya bilər.
P.S. Bir daha təkrar edirəm ki, Tovuz eskalasiyasından sonra Qarabağ prosesində növbəti canlanmanın sentyabrın sonunda olacağını demişdim. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !