Jurnalistlər üçün onlayn formatda təşkil olunan təlimlər yekunlaşıb. -

Jurnalistlər üçün onlayn formatda təşkil olunan təlimlər yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərə yekun vurulmuşdur.
“Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”” mövzusuna həsr olunmuş dördüncü onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunmuşdur.
Təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunmuş, “fake news” və “deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilmiş, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilmişdir. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılmışdır.
Qeyd edək ki, buna qədər media nümayəndələri üçün “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” və “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzularında təlimlər təşkil olunmuşdur.
Ümumilikdə, KİVDF tərəfindən hər birində 25 nəfər olmaqda 4 təlim keçirilmişdir. Təlimlərdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak etmişdir. Respublikanın regionlarında fəaliyyət göstərən media nümayəndələri də təşkil olunan təlimlərdə xüsusi fəallıqları ilə seçilmişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !