Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb - - FOTO

Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxılıb - FOTO

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azforel MMC-nin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpə forel balıqları Göygöl və Maralgöl göllərinə buraxılıb. Körpə balıqların göllərə buraxılışı ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.


“Balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək”.


Xidmət rəsmisi bütün balıq yetişdirən müəssisələri bu kimi aksiyalarda yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !