BDU Elmi Şurasının onlayn iclası keçirilib - - FOTO

BDU Elmi Şurasının onlayn iclası keçirilib - FOTO

Sentyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.


İclası giriş sözü ilə açan rektor Elçin Babayev şura üzvlərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarının icrası haqqında” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli F-391 nömrəli əmrindən irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə təlimat kitabçasının hazırlanması, universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Daha sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının yenidən formalaşdırılması, 2021-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
 

Əlavə təhsil üzrə tələbə qəbulunun və BDU-nun “Gənc istedadlar” liseyinə şagird qəbulunun nəticələri, yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.
 

Rektor distant dərslərin təşkil edilməsi və idarə olunmasında fəal iştirak edən sturktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə rəhbərlik adından təşəkkür edib, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !