Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - -VİDEO

Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi -VİDEO

Müğənni Afaq Aslanın “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri yayılıb.
Onlar Nusret Gökçenin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub. Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.
Müğənni sözügedən görüşdən heç bir paylaşım etməyib.
Qeyd edək ki, Mas və Muhanad bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir. A.Aslan isə sonuncu dəfə mediada braziliyalı iş adamına ərə getməsi barədə çıxan xəbərlərlə yer alıb. MediaPost 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !