Cokoviç Federerə çatmasa da, Samprası haqlayıb - -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Cokoviç Federerə çatmasa da, Samprası haqlayıb -FOTO=4 (AZpressAZ) İNTİQAM Məmmədov

Ötən ay Nyu-Yorka təşkil edilən "Çasters" turnirini udmaqla reytinq cədvəlindəki liderlik mövqeyini daha da məhkəmləndirən serbiyalı raketka ustası Novak Cokoviç eyni məkanda keçirilməklə yenicə başa çatan "US Open-2020"-dən hakimlər tərəfindən yarımçıq qovulsa da yenə də liderliyini özündə saxlayıb. Maraqlıdır ki, 17 qat "Böyük Dəbilqə" qalibi adını daıəyan Cokoviç reytinq cədvəlindəki liderlik mövqeyini 286 həftəyə çatdırıb. Bununla da o, əfsanəvi Pit Samprasın rekordunu təkrarlayıb. İndi liderlik həftələrinin sayına görə Cokoviçlə Sampras 2-ci yeri bölüşür. Bu nominasiyada liderlik isə aktivində 310 həftəsi olan "Tennis Kralı" - Roje Federerə məxsusdur. Əgər Cokoviç liderliyi əldən vermədən davam etdirərsə, onda 2021-ci ilin 8 martında Federeri keçə bilər.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !