Dominik Tim "US Open"in qalibidir - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Dominik Tim "US Open"in qalibidir -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Nyu-yorka (ABŞ) kişi və qadınlar arasında tennis üzrə keçirilən və mükafat fondu 53.402.000 dollar təkil edən "US Open-2020" (ABŞ-ın Açıq Çempionatı) turnirində qadınların ardından kişilərin yarışı da başa çatıb. "Böyük Dəbilqə" seriyasından olmaqla xard örtüklü açıq kortda keçirilən turnirin həlledici final matçında dünyanın 3 nömrəli raketka ustası olan avstriyalı Dominik Timlə reytinq cədvəlində 7-ci yeri tutan almaniyalı Aleksandr Zverev qarşılaşıb. Taybrekə qədər uzanan qarşılaşma sonda cütün favoriti hesab edilən və bu vaxta qədər daha üç finalda iştirak edən Timin 3:2 (2:6, 4:6, 6:4, 6:3, 7:6) hesablı qələbəsi ilə bitib. Bu onun karyerasında qazandığı ilk "Böyük Dəbilqə"dir. O, həm da bəlli turniri indiyənədək udan 15-ci tennisçi olub. Beləliklə son 6 ildə ilk dəfədir ki, kişilərin turnirində yeni çempion tarixə düşür. Bir məqamı da qeyd edək ki, finalda qarşılaşan hər iki tennsçi udub və uduzmağından asılı olmayaraq, reytinq cədvəlindəki məvqelərini dəyişməyiblər. Tim yenə də 3-cü, Saşa isə 7-cidir. Ümumiyyətlə Top-10-da cəmi bir dəyişiklik olub. 10-cu və 11-ci olan tennisçilər yerlərini dəyişiblər.
Hazırda kişilərin reytinq cədvəlində vəziyyət belədir (Top-11):
Yeri Tennisçi (ölkəsi_ Xalları
1 (1) Novak Cokoviç (Serbiya) 10860
2 (2) Rafael Nadal (İspaniya) 9850
3 (3) Dominik Tim (Avstriya) 9125
4 (4) Rpje Federer (İsveçrə) 6630
5 (5) Daniil Medvedyev (Rusiya) 5890
6 (6) Stefanoc Tsitsipas (Yunanıstan) 5175
7 (7) Aleksandr Zverev (Almaniya) 4650
8 (8) Matteo Berretini (İtaliya) 2940
9 (9) Qael Monfis (Fransa) 2860
10 (11) Roberto Bautista-Aqut (İspaniya) 2620
11 (10) David Qoffen (Belçika) 2555
Kişilərin reytinq cədvəlindən fərqli olaraq, qadınlarən Top-10-da bir sıra dəyişikliklər olub. Belə ki, "US Open-2020"nin qalibi olan yaponiyalı Nsomi Osaka bu qələbə sayəsində 9-cu pillədən 3-cü yerə qalxıb. Turnirin yalnız finalında məğlubiyyətlə üzləşən belaruslu Viktoriya Azarenko isə 27-ci pillədən 14-cü yerə yüksəlib. Qadınların reytinq cədvəlində vəziyyət belədir (Top-10):
Yer Tenisçi (ölkəsi) Xalları
1 (1) Eşli Barti (Avstraliya) 8717
2 (2) Simona Xalep (Rumıniya) 6356
3 (9) Naomi Osaka (Yaponiya) 5780
4 (3) Karolina Plişkova (Çexiya) 5205
5 (4) Sofiya Kenin (ABŞ) 4700
6 (5) Elina Svitolina (Ukrayna) 4580
7 (6) Byanka Andressku (Kanada) 4555
8 (7) Kiki Bertens (Hollandiya) 4355
9 (8) Serena Uilyams (ABŞ) 4080
10 (8) Belinda Bençiç (İsveçrə) 4010
14 (27) Viktoriya Azarenko (Belarus) 3122
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !