Sabit Bağırov rus dilli məktəblərlə bağlı fikrini yazdı... -

Sabit Bağırov rus dilli məktəblərlə bağlı fikrini yazdı...

Rus dilli məktəblərlə əlaqədar fikrimi bilmək istəyənlərin olduğu səbəbindən burada yazmağ qərarına gəldim. Bir millət olaraq, təbii ki, biz hamımız rəqabət qabiliyyətli gənclərimizin yetişdirilməsini arzulayırıq. Yəni yaxşı təhsil almaqlarını istəyirik. Bu da o deməkdir ki, ölkəmizdə hansı dildə təhsil daha güclüdürsə valideylərin əksəriyyəti o istiqaməti seçəcək. Deməli, Azərbaycan türkcəsində təhsili gücləndirməliyik və eyni zamanda, onun işlədilməsi miqyasını artırmalıyıq (hər sahədə, məişətdən tutmuş idarəetmə və mühəndisliyə qədər). Hər iki istiqamətin inklişafı ilk növbədə hökumətdən asılıdır və onun məsuliyyətidir. Əgər yüksək vəzifəli məmurlar, dövlət qurumlarının, şirkətlərin, bankların və s. rəhbərləri nümayişkarcasına işdə və evdə rus dilindən istifadə edirsə, və adi vətəndaş bunu görürsə o zaman həmin vətəndaşın övladlarını hansı məktəbə vermək qərarına necə təsir etdiyini təsəvvür etmək çətin deyil. Başqa səbəblər də var, lakin yazını uzatmaq istəmirəm.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !