Naomi Osaka "US Open"in qalibidir - -FOTO=7 (AZpressAZ) İNTİQAM Məmmədov

Naomi Osaka "US Open"in qalibidir -FOTO=7 (AZpressAZ) İNTİQAM Məmmədov

Nyu-Yorkda (ABŞ) kişi və qadınlar arasında keçirilən və mükafat fondu 53.402.000 dolar təşkil etməklə "Böyük Dəbilqə" seriyasından olan "US Open"də (ABŞ-ın Açıq Çempionatı) artıq qadınların yarışı başa çatıb. Turnirin həlledici final matçında yaponiyalı Naomi Osaka ilə Belarusdan olan raketka ustası Viktoriya Azarenko qarşılaşıb. Bu onların indiyədək sayca 4-cü qarşılaşması olub. Buna qədər hesb 2:1 olmaqla Osakanın zeyrinə olmuşdu. Çoxları Azarenkonun bu görüşdə favorit olduğunu və ümemi hesabın bərabərləşəcyini gözləsə də hər şey əksinə olub. Gündoğar Ölkənin təmsilçisi xarakter nümayiş etdirməklə finalı udub - 1:6, 6:3, 6:3. Bununla da Osaka Azarenko ilə öz arasında keçirdiyi oyun nisbətini 3:1-ə çatdırmaqla yanaşı, həm də "Böyük Dəbilqə"nin üçqat qalibi olub. Osaka finalda son 25 ildə heç kəsin bacarmadığını edib. Belə ki, o, qarşılaşmanın 1-ci setində məğlub olmasına və ikinci setdə də 2:4 hesabla geridə qalmasına baxmayaraq, əvvəlcə hesabı bərabərləşdirməyə, ardından da qalib gəlməyə nail olub. Matçdan sonra Osaka qalib gəlməsinin səbəbini açıqlayıb: "Bir anlığa düşündüm ki, bu gedişlə əgər bir saatdan da az vaxtda məğlub olaramsa bu mənim üçün böyük utanc olar. Ona görə də, özümü toparlayaraq, bütün gücümlə oynamağa başladım və bədbinlikdən çıxmağa çalışdım. Göründüyü kimi hər şey düşündüyümdən də yaxşı oldu".
Viktoriyaya gəlincə, London Olimpiadasında qarışıq yarışların qalibi olan və 2012-ci ildə dünyanın bir nəmrəli raketka ustası adını daşıyan bu tennisçi US Opendən az öncə eyni məkanda keçirilən "Masters" turnirini edmuşdu. Əgər bu finalda da qalib gəsəydi, o, ardıcıl ikinci titul qazanmış olacaqdı.
Bir daha xatırladaq ki, kişilərin analoji turnirinin finalında avstiyalı Dominik Timlə almaniyalı Aleksandr Zveryev qarşılaşacaq.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !