Bu gün rəşadətli pilotumuz Təbriz Musazadənin həlak olmasından bir il keçir. - -Rəhman Orxan xatırladır

Bu gün rəşadətli pilotumuz Təbriz Musazadənin həlak olmasından bir il keçir. -Rəhman Orxan xatırladır

Bu gün Rusiyanın ən müasir, heç bir iz qoymayan bir silahla (yəqin ki, uzaq məsafədən lazer silahı ilə!..) Azərbaycan səmasında vurduğu qırıcı təyyarədə igid, rəşadətli pilotumuz Təbriz Musazadənin həlak olmasından bir il keçir.
Allah ermənilərə də, onların alçaq, yaltaq havadarı "ağ ayı"ya da min lənət eləsin!

Şəhid pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə:
"Həmişə deyirdi ki, peşəmi bilirsən də nədi, gedişim var, dönüşüm olmaya bilər. Ona görə deyirdi ki, qapına gələcək hərbiçilər sənə həmişə nakam gözlə baxacaqlar, sinələrindən yapışacaqsan, suallarına cavab verə bilməyəcəklər, bax o hərbiçlərə həmişə hazır ol . O baxışlara hazır ol. Bir də deyirdi ki, nə vaxtsa mənim ölüm xəbərim gəlsə sənə, heç vaxt mənim tabutum qabağında ağlama. Buna görə də ağlamadım... Deyirdi ağlama, iş yoldaşlarım, tələbələrim görsün ki, qürurlu, dik durmaq necə şeydi. Həmişə deyirdi ki, şərəfli ölüm yaxşıdı. Qoy desinlər ki, məndən geriyə nəsə qalıb". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !