Eynən 1993-cü ildir, hamı düşmən axtarır. Ermənilərsə hücuma hazırlaşır - -Natiq Muxtarlı xəbərdar edir

Eynən 1993-cü ildir, hamı düşmən axtarır. Ermənilərsə hücuma hazırlaşır -Natiq Muxtarlı xəbərdar edir

Ermənilər deyirlər ki, Gəncəni, Goranboyu, Yevlaxı almaq niyyətindəyik. Bunun üçün hazırlıq görməyə başlayıblar. Livanda, Suriyada erməni qalmır, köçürdürlər Qarabağa. Hikmət Hacıyev də neçə müddətdir ermənilərin bu istəyilə bağlı car çəkir. Ermənilər deyirsə, edirlər. Onlar istədiklərinə həmişə nail olublar. Tarix də, müasir dövr də bunu sübut edir. Azərbaycan Xalq Cümhuriyyətindən də torpaq alıblar, sovet Azərbaycanından da. Müstəqil Azərbaycanın da 20 faizini tutublar. Azərbaycan cəmiyyətinin vecinə də deyil. Boğmağa, ələ salmağa, xain çıxartmağa azərbaycanlı axtarırıq. Məsələn, Şeyxin mükafata namizəd olmasına qarşı bir Ermənistan mətbuatı geniş anti-təbliğat aparır, bir də azərbaycanlılar. Eynən, 93-cü ildir. Hamı düşmən axtarır. Amma sərhəddə yox, Bakıda. Hamı bir-birinə nifrət edir, hamı bir-birini ələ salır. Elə bil, kimlərsə qəsdən cəmiyyətdə düşmənçilik əhval-ruhiyyəsi yaradırlar, xalqı ruhən sarsıdırlar. Hamıya elə gəlir ki, bu boğuşmadan ona pay çatacaq. Boğuşuruq. Sabah erməni gəlib boğacaq. Pay onun olacaq. Erməni deyirsə, edir, istəyirsə, nail olur. İnanmırsınızsa, boğuşmanı dayandırıb, boynunuzu bir balaca geri döndərin. Döndərə bilmirsinizsə, onda boğmağa davam. Bir-birimizi. Hikmət Hacıyevin dediklərini qığına alan da yoxdur. Nə beynəlxalq ictimaiyyətdə, nə də Azərbaycan cəmiyyətində. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !