"Bu gün Bakının ermənilərdən azad olunduğu gündür" - - Akif Aşırlı xatırladır

"Bu gün Bakının ermənilərdən azad olunduğu gündür" - Akif Aşırlı xatırladır

1918 - ci ilin sentyabrın 15 - i Qafqaz İslam Ordusunun apardığı 6 aylıq
savaş Bakı Zəfəri ilə nəticələndi.1146 nəfər Türkiyə hərbicisi, 2 min nəfər Azərbaycan milli hərbi qüvvə və könüllüsü bu torpaqların azadlığı , bütövlüyü uğrunda şəhid oldu.Türk mehmetciyi Azərbaycan əsgəri eyni məzara gömüldü. Əhməd Cavadın sarmaşıqlı məzarlar kimi vəsf etdiyi məzarlar ən cətin tarixi şəraitdə belə əzizlənib qorundu , and yerinə cevrildi.
1919- cu ildə Azərbaycan milli hökümətinin qərarı ilə sentyabrın 15 - i dövlət bayramlarının siyahısına salındı , qeyri - iş günü elan edildi.Həmin gün Azərbaycan Milli ordusunun rəsmi kecidini Bakı əhalisi , xarici ölkə təmsilciləri izlədi .Kicik yaşlı uşaqlar taxtadan hazırladıqları oyuncaq tüfənglərlə ordumuzun arxasınca yürüdülər. Azərbaycanın gələcəyini təmin edib , torpaq bütünlüyünü qoruyacaq bu uşaqlar M.Ə.Rəsulzadə başda olmaqla dövlət rəsmilərinin simasına sevinc gətirdi.Azərbaycanın bölgələrində , məscidlərində , kücə və meydanlarında Bakı Zəfəri böyük bayram ovqatı yaratdı.Şəhidlərimizin indi uyuduğu Xiyabanda Türkiyə- Azərbaycan şəhidlərinin əziz ruhuna ucaldılacaq abidənin təməlqoyma mərasimi kecirildi. Bakı teatrlarında C.Cabbarlının və M.B.Məmmədzadənin Bakı savaşı barədə yazdıqları əsərlərin tamaşası göstərildi.
Bu tarixdən 102 - il ötür.Bu gün də Azərbaycan- Türkiyə qardaşlığı möhkəm təməllər üzərində inkişaf edir., mətinləşir.
Bakı Zəfərin mübarək , Azərbaycan ! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !