Adama elə gəlir ki,uşaqlara ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb - -Müşfiq Ələsgərli

Adama elə gəlir ki,uşaqlara ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb -Müşfiq Ələsgərli

Orta məktəblərdə dili tədris edən müəllimlərin özləri və ya tədrisdə istifadə etdikləri proqramlar diqqətə alınmalı, bir daha nəzərdən keçirilməlidirlər; qüsurun harada olduğu təcili şəkildə müəyyənləşdirilib aradan qaldırılmalıdır. Əks təqdirdə, dilimizin orfoqrafik, leksik, qramatik normaları, ümumilkdə isə, elmi, ədəbi, bədi dilimizin varlığı sual altına düşəcək. Dövlət İmtahan Mərkəzində bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrini-esse yazılarını-yoxlayan heyətin üzvləri olaraq sonucda bu qərara gəldik. Sadəcə dəhşətdir. Gəncləri qınamaq olmaz, onların təfəkkürləri də var, istedadları da, çalışqanlıqları da. “Görəsən, Səməd Vurğun yurdum, yuvam, məskənimsən, Azərbaycan…deyəndə Bütöv Azərbaycanı, yoxsa, Azərbaycan Respublikasının ərazisini nəzərdə tutub?! Azərbaycan bütöv, tam olsaydı yenə də cəfası səfasından çox olardımı?! Nə üçün Azərbaycanın bütün real qəhrəmanlarının taleyi faciə ilə nəticələnib?!”-cümlələrini yazan, esseni bu ruhda quran abituriyent, 11 sinif məzunu məntiqsiz, düşüncəsiz, mütaliəsiz və savadsız deyil, əksinə, görünür ki, həm tarixi bilgiləri, mütaliəsi, həm də milli ruhu yerindədir, normasındadır. Amma bu təfəkkürün, düşüncənin yazıda ifadəsi o qədər bərbad, dil normalarına uyğunsudur ki, oxuyub nə demək istədiyini anlamaq imkansız olur. 11 il dil tədrisi görmüş məzun niyə “da / də" şəkilçisini bağlayıcıdan, ədatdan fərqləndirə bilmir; ümumilkdə şəkil, bağlayıcı və ədat anlayışından xəbərsizdir? İnversiya barədə anlayışları yoxdur; cümlələrin başlanğıcı ilə sonucu arasında məntiq itir; sözlər flektiv dillərin normasına salınır, öndən, ortadan və sondan dəyişdirilir... Bütün bunlar ali məktəbin jurnalistika fakültəsinə imtahan verən abituriyentlər üçün ümumi xarakterik hallardır və deməli, ümumilikdə orta məktəb məzunları üçün xarakterikdir. Adama elə gəlir ki, bu uşaqlara ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb, dil normaları barəd bilgi verilməyib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !