Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı" - -Sabir Rüstəmxanlı

“Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı" -Sabir Rüstəmxanlı

Siyasi fəal, Qarabağ qazisi Tofiq Yaqublunun həbsi cəmiyyətdə ciddi etirazlara səbəb olub. Ölkənin bir çox tanınmış ziyalısı, siyasi liderlər məsələyə münasibət bildirərək Tofiq Yaqublunun azadlığını istəyiblər.
VHP sədri, Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur: “Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.
Deputat eyni zamanda hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib: “Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi...İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır..."
Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki... Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə olar, maddi tərəfdən qarşılığı ödənilə bilər”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !