İstiqlal Muzeyi şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Vətən sizinlə qürur duyur! layihəsini həyata keçirdib - -FOTO=7

İstiqlal Muzeyi şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Vətən sizinlə qürur duyur!” layihəsini həyata keçirdib -FOTO=7

Ölkəmizdə COVİD – 19 pandemiyası zamanı muzeylər fəaliyyətinin online qaydada davam etdirirdilər. Sosial təcrid zamanı muzeylərin online fəaliyyəti zamanı Azərbaycan İstiqlal Muzeyi ölkəmizin ərazi bütovlüyü və müstəqilliyini bərpa edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Vətən sizinlə qürur duyur!” layihəsini həyata keçirdi.
Layihə çərçivəsində muzeyin elmi işçisi Aynurə Tağıyeva iyul ayında Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalan, lakin, ordumuzun qəhrəmancasına düşməni geri otuzdurduğu Tovuzun Ağdam kəndində olub. Əməkdaşımız əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinə baş çəkib, onun döyüş yolu barədə danışılıb, xatirəsi yad edilib.
Naiq Yusifovun ailəsi onun hərbi xidmətdə olduğu zaman ailəsinə göndərdiyi məktubu, eləcə də şəxsi qol saatını və bir neçə fotosunu muzeyə təqdim etmişdir. Naiq Yusifovla Sovet İttifaqı Qəhramanı Yusif Sadıqovla qohumdur. Qeyd edək ki, may ayında Sovet İttifaqı qəhrəmanının oğlu Mehdi Sadıqov tərəfindən qəhrəmana aid fotolar muzeyə hədiyyə edilmişdir.
Daha sonra iyulun 12-də düşmənin hücumunun qarşısını qəhrəmancasına alınan zaman şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun valideynləri ilə görüş olub. Şəhid döyüşçümüzün Ağdam kəndinin müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıq haqda danışılıb.
Atası qəhrəmana məxsus qol saatını və pul qabını (portmanat) muzeyin eksponatları arasına qoyulması üçün əməkdaşımıza təqdim etdi. İyulun 13-də ermənilər tərəfindən artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə də baş çəkilib, evin həyətində partlamış mərminin bir neçə qəlpəsi muzey izləyicilərinə təqdim edilməsi üçün götürülüb.
Azərbaycan İstiqlal Muzeyi torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş Milli Qəhrəmanlarımızın, aprel döyüşlərinin təbliği məqsədi ilə “Torpağ Uğrunda Ölən Varsa Vətəndir” adlı layihələr həyata keçirmişdir. Bu gündə məktəblilərin və gənclərin vətənpərvərlik ruhunda böyüməsi məqsədi ilə muzey tərəfindən müxtəlif tədbirlər və sərgilər keçirilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !